• İsrail hərbçiləri və sionist qəsəbə sakinləri İordan çayının qərb sahilinə basqın ediblər

Bu gün İsrail hərbçiləri və sionist qəsəbə sakinlərinin İordan çayının qərb sahilinə olan basqını zamanı 18 fələstinli həbs edilib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İsrail hərbçiləri saxlanılan fələstinlilərin axtarışda olduğunu iddia ediblər. Hazırda, bu fələstinlilərin İsrailin təhlükəsizlik orqanlarının ixtiyarına verildiyi bildirilir.

İsrail hərbçiləri həmçinin İordan çayının qərb sahilində  yerləşən Selfit məntəqəsinin bir hissəsini mühasirəyə alıblar.

Fələstin mənbələri isə təqribən 30 sionist qəsəbə sakininin Nablosun cənubunda Əsirə kəndində fələstinlilərin evlərinə basqın etməsindən xəbər veriblər.

Bu hücum zamanı çıxan toqquşmada bir fələstinli gənc yaralanıb.

Sionistlər öz işğalçılıq məqsədlərinə nail olmaq və fələstinlilər arasında qorxu və dəhşəht yaratmaq üçün intensiv şəkildə fələstin ərazilərinə hücum edir, səbəbsiz yerə insanları həbs edirlər.

Teqlər

Feb 14, 2018 16:22 Asia/Baku
Şərhlər