• Suriyadan İsrailə qəti xəbərdarlıq

Suriya xarici işlər nazirinin müavini İsrail rejiminin bir daha Suriyaya hücum edəcəyi təqdirdə, Dəməşqin qəfil önləyici tədbirləri ilə üzləşəcəyini bildirib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın rəsmi xəbər agentliyi Sana bildirib: Suriya xarici işlər nazirinin müavini Əymən Susan jurnalistlərə verdiyi müsahibədə deyib: İsrail rejimi Suriya ərazisinə hücum etmək istədiyi hər zaman Suriya ordusunun reaksiyası və gözlənilməz addımları ilə üzləşəcək.

Suriyanın hava hücumundan müdafiə qüvvələri 10 fevral 2018-ci ildə İsrail rejiminin Suriya ərazisinə olan hava hücumlarına cavab olaraq, İsrailin bir ədəd F-16 qırıcısını vuraraq, yerə salıb. İsrail rejimi bunun ardınca Suriyaya bir neçə raket atsa da, Suriyanın hava hücumundan müdafiə qüvvələri bu raketlərin bir çoxunu zərərsizləşdirib.

Teqlər

Feb 14, 2018 19:06 Asia/Baku
Şərhlər