Feb 15, 2018 11:56 Asia/Baku
  • Ərəbistanın Yəmənə ağır hava hücumları davam edir
    Ərəbistanın Yəmənə ağır hava hücumları davam edir

Yəməndə bir təhlükəsizlik rəsmisi bildirib: Səudiyyəli təcavüzkar qırıcı təyyarələrin Yəmənin Marib vilayətinin Sərvah rayonunda bir mənzilə hücumu nəticəsində hamısının uşaq və qadın olduğu dörd nəfər həlak olub.

Əl-Aləm televiziyasının məlumatına görə, bu təhlükəsizlik rəsmisi həmçinin səudiyyəli qırıcı təyyarələrinin əl-Hüdeydə vilayətində əl-Cərahi qəsəbəsində qaz stansiyasına hücumunda iki qadının həlak olduğunu bildirib. 

Səudiyyəli təcavüzkar qırıcı təyyarələr əl-Hüdeydənin əl-Təhita bölgəsinin şərqində əl-Məclisi məntəqəsini iki dəfə atəşə tutublar. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələri həmçinin Sədə vilayətinin Hidan rayonunun tabeliyində olan əl-Büqə bölgəsinə hücum ediblər. 

Həccə vilayətində Hirz və Midi isə səudiyyəli qırıcıların 25 dəfə hücumuna məruz qalıb. 

Digər tərəfdən Yəmən müqavimət qüvvələri Təiz vilayətində əl-Əqruz bölgəsi yaxınlığında səudiyyəli muzdlulara hücum edib, onların karvanının keçdiyi yolda bomba partladaraq çoxlu sayda muzdlunu öldürüb və yaralayıblar. 

Həmçinin Cizanda Quy kəndinin əl-Xəzan təpələrində Yəmən ordusu və xalq komitələri qüvvələrinin snayperləri bir səudiyyəli hərbçini öldürüb və Nəcranda Akifə düşərgəsində ərəbistanlı hərbçilərin mövqeləri atəşə tutulub. 

Teqlər

Şərhlər