Feb 22, 2018 17:02 Asia/Baku
  • Yəmən İnqilab Komitəsi bu ölkə böhranının həlli üzrə layihə təqdim etdi

Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi bu ölkə böhranının həll edilməsi üzrə barışıq komitəsinin təşkil olunmasından xəbər verib.

Gənc Reportyorlar Klubunun əl-Məyadin televiziyasına istinadla verdiyi məlumata görə, Məhəmməd Əli əl-Husi Yəmən İnqilab Komitəsinin layihəsində barışıq komitəsinin təşkil olunmasına toxunaraq deyib: Prezident və Parlament deputatlarının seçilməsi üçün seçki məntəqələrinə üz tutmaq, eləcə də əcnəbi ölkələrin hər hansı təcavüzü ilə mübarizə aparmaq bu layihənin önəmli müddəalarındandır.

Yəmənin Ali İnqilab Komitəsinin sədri izzət və kəraməti qorumaq üçün döyüş meydanlarında təcavüzkarlar qarşısında ordu və xalq komitələri qüvvələrinin müqavimətini alqışlayaraq deyib: Bu ölkə böhranının hərbi həll yolu yoxdur və məğlubiyyət hücum və işğalın dəqiq nəticəsidir.

Əl-Husinin sözlərinə görə, səudiyyəli təcavüzkar koalisiyanın muzdlu medialar vasitəsi ilə media hücumlarına, eləcə də reallıqları gizlətmək üzrə səylərinə rəğmən, bu səylərin hamısı Yəmən xalqının ayıq-sayıqlığı və müqaviməti ilə məğlubiyyətlə üzləşib.

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib. Bu hücum indiyə qədər on minlərlə yəmənlinin həlak olması, yaralanması və milyonlarla nəfərin didərgin düşməsi ilə nəticələnib. Yəmən qüvvələri də təcavüzkarların hücumlarına reaksiyada Yəmən və Ərəbistan ərazisində Ali-Səud rejimi və muzdlularının mövqeləri və bazalarını atəşə tuturlar.

Teqlər

Şərhlər