• Fələstinli yeniyetmə yenidən həbs edildi

2017-ci ildə sionist rejimə qarşı etiraz simvoluna çevrilən fələstinli yeniyetmə Fuzi Əl-Cüneydi Türkiyə prezidenti ilə görüşdükdən sonra, Fələstinə geri dönərkən İsrail hərbçiləri tərəfindən həbs edilib.

Fuzi Cuneydi 16 yaşlı fələstinli yeniyetmədir. O, İsrailə qarşı etirazın simvoluna çevrilib. Fuci Cenyd 28 fevralda Türkiyədə prezident Rəcəb Təyyib Ərdoğan ilə görüşdükdən sonra, Fələstinə geri qayıdarkən, Türkiyə prezidenti ilə görüşdüyü üçün İsrail hərbçiləri tərəfindən saxlanılıb. 

İRNA-nın məlumatına görə, Fuzi Əl-Cüneydi fələstinlilərin ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına və Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarına etirazları zamanı onlarla İsrail hərbçisi tərəfindən həbs edilmişdi. Onun həbsi ilə bağlı fotoşəkilin yayılması, Əl-Cüneydinin İsrailə qarşı mübarizənin simvoluna çevrilməsinə səbəb olub. İsrail hərbçiləri Əl-Cüneydin gözlərini bağlayaraq, aparıblar. 

Bu fələləstinli yeniyetmənin çoxlu sayda İsrail hərbçisi tərəfindən insanlığa yaraşmayan şəkildə həbs olunmasını əks etdirən fotoşəkili Türkiyənin Anadolu xəbər agentliyi hazırlayaraq, yayımlayıb. 

2018-ci ilin yanvar ayının ortalarında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Fuzi Əl-Cüneydi qəbul edərək, onu alqışlamışdı. 

Türkiyə hökuməti 29 yanvar 2018-ci ildə Qüdsü himayə istiqamətində və Qüdsün İslam doktrinasındakı əhəmiyyətinə təkid etmək habelə, Fələstin xalqı ilə öz həmrəyliyini nümayiş etdirmək üçün 2 günlük beynəlxalq Qüds konfransına ev sahiliyi edib. 

ABŞ Dövlət Departamentinin bu ölkə səfirliyinin 14 may tarixində Təl-Əvivdən Qüdsə köçürüləcəyini elan etməsi fələstinlilərin və İslam ölkələri başçılarının qəzəbinə səbəb olub. 

Teqlər

Mar 07, 2018 17:55 Asia/Baku
Şərhlər