• Sionist hərbçilər fələstinlilərə hücum ediblər

Sionist hərbçilər ümumdünya qadınlar günü münasibəti ilə işğal olunmuş Qüds şəhərinin şimalında aksiya keçirən fələstinlilərə hücum edərək bir neçə nəfəri yaralayıblar.

Fələstinin Vəfa xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinlilərin aksiyası bu gün səhər Qələndiya düşərgəsində başladı və fələstinlilər Qələndiya yoxlama-buraxılış məntəqəsinə doğru yürüş keçiriblər.

Aksiya fələstinli qadınlar cəmiyyətinin tabeliyində olan milli islami qrupların çağırışı ilə keçirilib.

Yreli qaynaqlar bildiriblər ki, Fələstinlilərin yoxlama-buraxılış məntəqəsinə girişindən sonra sionist hərbçilər onlarıa qarşı gözyaşardıcı qaz və səsli mərmilərdən istifadə ediblər. Nəticədə bir neçə fələstinli xəsarət alıb.

 

Teqlər

Mar 07, 2018 18:02 Asia/Baku
Şərhlər