• Fələstinlilərin həbsi davam edir

İsrail hərbçiləri bu gün də İordan çayının qərb sahilinə hücum edərək, 10 fələstinlini həbs ediblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçiləri Nablos, Əl-Xəlil, Beyt Ləhm, Ramallah və Selfit şəhərlərinə hücum edərək, fələstinli gənclər ilə toqquşublar.

İsrail rejiminin regionda yeni işğalçılıq siyasəti yürütməyə başlaması ilə bir vaxtda İsrail ordusu çərşənbə günü Şimali Əğvar məntəqəsində hərbi manevrə başlayıb.

İsrail rejimi militarizm və ABŞ-ın himayəsi sayəsində diqqətləri yayındırmağa və öz cinayətlərini ört-basdır etməyə çalışır.

Teqlər

Mar 07, 2018 19:27 Asia/Baku
Şərhlər