• İsrail hərbçiləri İordan çayının qərb sahilinə hücum ediblər

Sionist rejim hərbçiləri cümə axşamı İordan çayının qərb sahilində yerləşən Tulkərm, Nablos, Ramullah, Beyt Ləhm və Qüds-ə hücum edərək, 10 fələstinlini həbs ediblər.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, bu hücumlarda fələstinlilərlə sionist hərbçilər arasında toqquşma baş verib. Toqquşma nəticəsində bir qrup fələstinli yaralanıb.

Sionistlər Fələstin ərazilərini tam şəkildə işğal etmək və işğal edilmiş ərazilərdə öz varlıqlarını möhkəmləndirmək üçün müxtəlif bəhanələrlə fələstinlilərə qarşı represiyaları davam etdirirlər. Fələstinlilər arasında qorxu və dəhşət hissi yaratmaq, onları öz ərazilərini tərk etməyə məcbur etmək üçün davamlı olaraq fələstinliləri həbs edir və onlara işgəncələr verirlər.

Hal hazırda İsrail zindanlarında 6500 fələstinli əsirin saxlanıldığı bildirilir. Fələstinli əsirlər çox ağır şəraitdə saxlanılırlar. Fələstinli əsirlər arasında 300 qadın və azyaşlı uşaq da var.

Mar 09, 2018 19:41 Asia/Baku
Şərhlər