• İordan çayının qərb sahilində bir fələstinli şəhid edilib
    İordan çayının qərb sahilində bir fələstinli şəhid edilib

Fələstinin Səhiyyə Nazirliyi Nablosun cənubunda yaşayan fələstinli bir gəncin şənbə günü axşam İsrail hərbçilərinin atəş açması nəticəsində aldığı yaranın ağırlığı üzündən şəhid olduğunu bildirib.

İRİB-nin verdiyi məlumata görə, İsrail hərbçiləri şənbə günü İordan çayının qərb sahilində yerləşən Urif kəndinə hücum ediblər. Bu zaman bir neçə kənd sakini o cümlədən 21 yaşlı Əmiz Ömər İbrahim Şəhadə İsrail hərbçilərinin atəş açması nəticəsində yaralanaraq, xəstəxanaya köçürülüb. Amma, Şəhadətinin həyatını xilas etmək mümkün olmayıb. 

İsrail hərbçiləri həmçinin, şənbə günü İordan çayının qərb sahilində, Qilqiliya şəhərinin şərqində yerləşən Əzun qəsəbəsində fələstinlilərə tərəf atəş açaraq, bir neçə nəfəri yaralayıblar. 

Cümə günü də İsrail hərbçiləri İordan çayının qərb sahilində etiraz aksiyasında iştirak edən fələstinlilərə atəş açaraq, bir fələstinlini şəhid etmiş, 86 nəfəri isə yaralamışdılar. 

Teqlər

Mar 11, 2018 10:29 Asia/Baku
Şərhlər