• Ərbil və Süleymaniyyə aeroportlarında beynəlxalq uçuşlara qoyulmuş qadağa ləğv olunub
    Ərbil və Süleymaniyyə aeroportlarında beynəlxalq uçuşlara qoyulmuş qadağa ləğv olunub

İraq baş nazirinin göstərişi ilə Ərbil və Süleymaniyyə aeroportlarında beynəlxalq uçuşlara qoyulmuş qadağa ləğv olunub.

İraq baş naziri Heydər Əlibadi bundan öncə vəd etmişdi ki, novruz bayramından öncə Ərbil və Süleymaniyyə aeroportlarında beynəlxalq uçuşlar bərpa ediləcəkdir.

Ötən milad ilinin sentyabr ayında İraqın Kürdüstan məntəqəsində qanunsuz referendumun keçirilməsinin ardınca İraq dövləti bu ölkənin Kürdüstan iqliminin aeroportlarında beynəlxalq uçuşları qadağan və bu iqlimin Türkiyə və İranla sərhəd keçidlərini də bağlamışdı.

Mar 13, 2018 21:34 Asia/Baku
Şərhlər