• Şərqi Qutədə terrorçuların kimyəvi silah düzəldən ikinci sexi aşkarlanıb

Suriya ordusu Dəməşqin ətrafında Şərqi Qutənin Əş-Şəfuniyyə qəsəbəsində terrorçulara məxsus kimyəvi silahlar düzəldən başqa bir sexi aşkarlayıb.

İRNA-nın məlumatına görə, Suriya Kütləvi İnformasiya Vasitələri bildiriblər: Suriya ordusu Duma bölgəsində Əş-Şəfuniyyə qəsəbəsinin təmizlənməsi əməliyyatında terrorçulara məxsus sexdə kimyəvi və zəhərli maddələr, müxtəlif turşular və xlor aşkarlayıb. 

Kütləvi İnformasiya Vasitələri əlavə ediblər: Bu laboratoriya zəhərli və partlayıcı maddələr istehsal etmək üçün xarici təchizatlarla təchiz olunub. 

Suriya ordusu bazar ertəsi günü də yenicə azad olunmuş Əftəris qəsəbəsi yaxınlığında terrorçulara məxsus kimyəvi silahlar istehsal edən sexi aşkarlamışdı. Bu sexlərdə aşkarlanan vasitələr kimyəvi silahdan istifadə haqda Suriya ordusuna qarşı ittiham irəli sürmək üçün hazırlanıb. 

Mar 14, 2018 09:47 Asia/Baku
Şərhlər