• Həniyyə: Rami Həmdəllahın heyətinə hücumu qınayırıq

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri çərşənbə axşamı günü Qəzzə zolağında Misirin təhlükəsizlik heyəti ilə görüşdə Fələstinin Milli Birlik hökumətinin baş naziri Rami Həmdəllahın heyətinə hücumla bağlı prosesləri araşdırıb və bu hadisəni qınayıb.

İRNA-nın məlumatına görə, İsmayıl Həniyyə bu görüşdə deyib: Bu hadisə hamını hədəf alıb və barışığa israr etməklə ona reaksiya vermək lazımdır. 

HƏMAS-ın siyasi bürosunun rəhbəri əlavə edib: HƏMAS bu partlayışın səbəbkarlarını müəyyənləşdirmək üçün təhlükəsizlik xidmətlərinin səylərini dəstəkləyir. 

Rami Həmdəllah çərşənbə axşamı günü Qəzzə zolağında bir partlayışdan xilas ola bilib. 

Mar 14, 2018 09:56 Asia/Baku
Şərhlər