• Terrorçuların Dəməşqə hücumunda 1 nəfər həlak olub

Şərqi Qutədə yerləşən terrorçuların dünən Dəməşqin Babi-şərqi və Əzzəblətani bölgələrinə qarşı raket hücumlarında 1 mülki həlak olub, 2 nəfər yaralanıb.

İRNA-nın verdiyi məlumata görə,hücum nəticəsində yaşayış binaları və infrasturuktur da ziyan görmüşdür.

Terrorçu qruplar bu hücumlarla çaxnaşmanın məhdudlaşdırılması razılaşmasını növbəti dəfə pozmuş olublar. 

Bazar ertəsi gecə də terrorçuların Dəməşqin cənubunda Yərmuk düşərgəsinə qarşı hücumlarında iki nəfər həlak olmuşdu, 4 nəfər də yaralanmışdı. 

Mar 14, 2018 10:07 Asia/Baku
Şərhlər