• Mahmud Abbas baş nazirə qarşı uğursuz terrora reaksiya verib

Fələstin Özünüidarə Təşkilatının sədri Fələstin Milli Birlik hökumətinin baş naziri Rami Həmdəllahın heyətinə hücumu Fələstin Milli barışığının məğlubiyyəti üçün səy adlandırıb.

Çərşənbə axşamı günü Fələstin Milli Birlik hökumətinin baş naziri Rami Həmdəllah Qəzzə zolağına səfərdə onun karvanı partlayışa tuş gəlib. Bu partlayışda Rami Həmdəllah və Fələstinin təhlükəsizlik rəisi Macid Fərəcin avtomobilləri hədəf alınıb.

Fələstinin MƏA İnformasiya Agentliyinin məlumatına görə, Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas Fələstin Milli Birlik hökmətinin baş naziri ilə görüşdə deyib: Onun və Macid Fərəcin karvanına qarşı planlaşdıran hücumda məqsəd milli birliyin məhv edilməsi və Qəzzənin İordan çayının qərb sahilindən ayrılmasıdır.

Mahmud Abbasın sözlərinə görə, belə hərəkətlər Fələstin xalqı və rəhbərliyi, dəyişməz milli prinsiplərə sadiq qalmaq və birliyi yaratmaq üzrə qərarı əsla dəyişməyəcək.

Fəth və Həmas Hərəkatları 12 oktyabr 2017-ci ildə Qahirədə milli barışıq razılaşmasını imzalayıblar. Ondan sonra isə Rami Həmdəllah dekabr ayında Qəzzəyə səfər edib.

Teqlər

Mar 14, 2018 13:21 Asia/Baku
Şərhlər