Mar 22, 2018 20:00 Asia/Baku
  • Yəməndən Nəcrana raket atılıb
    Yəməndən Nəcrana raket atılıb

Yəmənin raket bölməsi Səudiyyə Ərəbistanının cənubundakı neft təsisatlarını raketlə hədəfə aldığını bildirib.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmənin raket bölməsi bu gün bildirib ki, Səudiyyə Ərəbistanının Milli Neft Şirkətinin(ARAMKO) Səudiyyə Ərəbistanının cənubunda Nəcran vilayətində yerləşən neft təsisatları bir ədəd qısa mənzilli Bədr-1 raketi ilə hədəfə alınıb. 

Bu məlumat bu barədə təfərrüata toxunmayıb.

Yəmən ordusu və xalqı komitələrinin raket bölməsi dünən də bir ədəd quru-hava raketi ilə Səudiyyə Ərəbistanının bir ədəd F-15 hərbi təyyarəsini Sədə vilayətinin səmasında vurdu.  

Teqlər

Şərhlər