Apr 07, 2018 11:22 Asia/Baku
  • Yəməndən Ərəbistanın cənubuna raket hücumu
    Yəməndən Ərəbistanın cənubuna raket hücumu

Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi cümə günü axşam Ərəbistanın cənubunda, Nəcran vilayətində səudiyyə hərbçilərinin mövqeyinin bir ədəd orta mənzilli ballistik raket ilə hədəfə alınmasından xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi Nəcran vilayətində yerləşən Əl-Vacib məntəqəsində Ərəbistan hərbçilərinin mövqeyi bir ədəd orta mənzilli ballistik raket ilə hədəfə alınıb. 

Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi çərşənbə günü də Ərəbistanın ARAMKO neft şirkətinin Cizandakı anbarlarını bir ədəd ballistik raket ilə hədəfə almışdı.

Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi ötən şənbə günü də Ərəbistan hərbçilərinin Nəcran vilayətindəki mövqelərini hədəfə almışdı. 

Yəmən ordusunun sözçüsü Şərəf Loğman təcavüzkarların hərbi və iqtisadi mövqelərinin Yəmənə qarşı mühasirə və savaşın dayandırılmadığı zamana kimi davam edəcəyini bildirib.

Ərəbistan ABŞ, BƏƏ və Britaniyanın dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli müharibəyə başlayıb. 

Teqlər

Şərhlər