• Sionist rejimin Vaşinqtondakı səfirliyi önündə aksiya
    Sionist rejimin Vaşinqtondakı səfirliyi önündə aksiya

"Kod Pinq" adlı anti-müharibə qrupunun bir qrup üzvü sionist rejimin Vaşinqtondakı səfirliyi önündə aksiya keçirərək, Qəzzə zolağında məzlum Fələstin xalqının qırğın edilməsini pisləyibdir.

Bu aksiyada "Kod Pinq" adlı anti-müharibə qrupunun üzvlərindən əlavə, bir qrup amerikalı yəhudi də iştirak edibdir.

Aksiyaçıların əllərində, üzərlərində "Əlli il işğalçılıq!", "Fələstini tərk edin!", "Fələstini azad edin!", "Qayıdış yolu", "Amerika xalqının pulunu Qəzzəyə qarşı savaşa verməyin!" kimi şüarlar yazılımış plakatlar olubdur.

Apr 09, 2018 15:31 Asia/Baku
Şərhlər