Apr 10, 2018 09:19 Asia/Baku
  • Nəcranda səudiyyəli hərbçilərin mövqeləri raketlə atəşə tutulub
    Nəcranda səudiyyəli hərbçilərin mövqeləri raketlə atəşə tutulub

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket və ağır artilleriya bölməsinin bazar ertəsi gecə Nəcranda Ərəbistan hərbçilərinin mövqelərini atəşə tutub.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Nəcranın Nəhufə bölgəsində səudiyyəli hərbçilərin bazaları raket və ağır artilleriyanın hücumlarına məruz qalıb. 

Yəmən ordusu və xalq komitələrinin raket və ağır artilleriya bölməsi Cizanda səudiyyəli muzdluların qərargahını atəşə tutublar. 

Yəmən ordusunun sözçüsü Şərəf Loğman da bundan öncə bildirmişdi ki, Yəmənin mühasirəsi davam etdiyi zamana qədər təcavüzkarların iqtisadi obyektləri Yəmənin raketlərinə məruz qalacaqdır. 

Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin Səudiyyə Ərəbistanı tərəfindən hərtərəfli şəkildə mühasirəyə alınmasına rəğmən daha da güclənməkdədir. 

Teqlər

Şərhlər