• Sionist qırıcılarının Qəzzəyə hücumları davam edir

İsrail rejimi qırıcıları Qəzzə zolağının şərqində Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) mövqelərinə bir daha hücum edib.

Fars Xəbər Agentliyinin əl-Məyadin televiziyasına istinadla verdiyi məlumata görə, yerli dairələr sionist rejim qırıcı təyyarələrinin Qəzzənin şərqində Həyy Əz-Zeytunda bir neçə yoxlama nəzarət qülləsi və əkin sahəsinə hücum etdiklərini bildiriblər. 

Sionist rejim iddia edib ki, bu hücum Qəzzə zolağı yaxınlığında sionist buldozerin yolunda əllə hazırlanmış bombanın partlamasına reaksiyada həyata keçirilib. 

Apr 11, 2018 12:50 Asia/Baku
Şərhlər