Apr 12, 2018 11:39 Asia/Baku

İsrail hərbçilərinin "Qayıdış Haqqı" yürüşü iştirakçılarına hecum etməsi nəticəsində daha 8 fələstinli yaralanıb.

İRİB-nin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qədrə deyib: Çərşənbə günü İsrail hərbçilərinin Qəzzə zolağının sərhəd məntəqəsində "Qayıdış Haqqı" yürüşü iştirakçılarına hücum etməsi nəticəsində 8 nəfər yaralanıb. 

Fələstinin Səhiyyə Nazirliyi fələstinlilərin 30 mart tarixindən başlayaraq Qəzzə sərhədlərində keçirdiyi "Qayıdış Haqqı"  yürüşlərində indiyə kimi 32 fələstinlinin şəhid olduğu, 3088 nəfərin isə yaralandığını bildirib. 

Teqlər

Şərhlər