• İsrail qırıcıları Həmas-ın Qəzzədəki qərargahını bombalayıblar

İsrail qırıcıları Həmas-ın Qəzzədəki qərargahını bombalayıblar.

İRİB-nin verdiyi məlumata görə, informasiya qaynaqları Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının bazalarından birinin İsrail qırıcıları tərəfindən hədəfə alındığını bildiriblər. 

Livanın Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İsral qırıcılarının Qəzzənin Şücaiyə məntəqəsinə olan hücumunda da bir fələstinli şəhid olub. 

Həmas-ın sözçüsü Fuzi Bərhum isə deyib: İsrailin Qəzzədə fələstinlilərə qarşı hücumu bu rejimin xalqın "Qayıdış Haqqı" yürüşündəki əzəmətli iştirakı qarşısında çaş-baş qalmasının nişanəsidir. 

Apr 12, 2018 11:40 Asia/Baku
Şərhlər