• İsrail hərbçiləri İordan çayının qərb sahilinə hücum ediblər

İsrail hərbçiləri bir daha İordan çayının qərb sahilinə basqın ediblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Livanın Ən-Nəşrə informasiya portalı y azır: İsrail hərbçiləri çərşənbə günü axşam saatlarından bu gün səhər saatlarına kimi olan müddət ərzində İordan çayının qərb sahilində 16 fələstinlini heç bir ittiham irəli sürmədən həbs ediblər.

Digər tərəfdən İsrail hərbçiləri "Qayıdış Haqqı" yürüşündə iştirak edən fələstinlilərə tərəf atəş açıblar.

Fələstinlilər 30 mart 2018-ci il tarixindən başlayaraq, "Qayıdış Haqqı" adı altında böyük yürüşə başlayıblar. Bu yürüş hələ də davam edir. Fələstinlilərin bu h ərəkəti İsrail üçün kabusa çevrilib.

İsrail ordusunun hərbi kəşfiyyat idarəsinin sabiq başçısı Amos Yadlin fələstinlilərin "Qayıdış Haqqı" yürüşünü İsrail üçün ciddi təhlükəsizlik problemi adlandırıb.

Teqlər

Apr 12, 2018 13:45 Asia/Baku
Şərhlər