• Qəzzə sərhədlərində gərginlik
    Qəzzə sərhədlərində gərginlik

Qəzzə sərhədlərində fələstinlilərin "Qayıdış Haqqı" yürşünün davam etməsi ilə İsrail rejimi Qəzzəyə qarşı yeni məhdudiyyətlər tətbiq edib.

Qəzzə sərhədlərində fələstinlilərin etiraz aksiyasının davam etməsi ilə İsrail rejimi Qəzzə zolağına bir sıra yeni məhdudiyyətlər tətbiq edib. İsrail rejimi fələstinlilər üçün, keçid məntəqələrinin daha uzun müddət üçün bağlı saxlanılması kimi, yeni cəza tədbirləri nəzərdə tutmasının ardınca Fələstin başçıları Qəzzədə iclas təşkil edərək, İsrail rejiminin yeni cəza tədbirlərinin məntəqənin onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracağı barədə xəbərdarlıq ediblər.  

Tədbir iştirakçılarından biri deyir: “Qəzzə mühasirənin 13-cü ilində ciddi problemlər ilə üz-üzədir. İsrailin Qəzzəni mühasirədə saxlaması üzündən məntəqədə humanitar durum və ekoloji vəziyyət xeyli ağırlaşıb. Qəzzə sakinlərinin vəziyyəti də ötən hər gün daha da pisləşir.”

Amma, mübarizə meydanında etirazlar davam edir. Qəzzənin şərq sərhədlərində həkimlər və təcili yardım əməkdaşları aksiya keçirərək, İsrail hərbçilərinin bilərəkdən xilasedicilər və təcili yardım işçilərini hədəfə almalarına etiraz ediblər. Bu aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətinin İsrailin Qəzzədəki cinayətləri barədə məlumatlandırılması elan edilib.

Fələstinli həkimlərdən biri deyir: “Ötən cümə günü İsrail hərbçiləri əməkdaşlarımızdan birini vəzifə başında hədəfə almışdılar. Ondan öncə də İsrail hərbçiləri fələstinli həkimlərdən birinə qəsdən atəş açmışdılar. Sionistlərin bu rəftarı Cenevrə Konvensiyasının aşkar formada pozulmasıdır.”

 

Apr 12, 2018 15:22 Asia/Baku
Şərhlər