• Həmas: Canımızı fəda etməklə öz hüquqlarımız üzərində dayanacağıq
    Həmas: Canımızı fəda etməklə öz hüquqlarımız üzərində dayanacağıq

Fələstinin Həmas hərəkatının baş üzvü deyib: Biz Fələstin üçün canımızı və malımızı fəda edəcəyik və bizim öz hüquqlarımızdan vaz keçəcəyimizi gözləyən kəslərə deyirik ki, sonadək müqavimət göstərəcəyik.

Fələstinin Həmas hərəkatının rəhbərlərindən olan İsmayıl Rizvan deyib: "Qayıdış haqqı yürüşü" bir daha Fələstin xalqının amalı, işğalçılığa son qoyulması zərurəti və qayıdış haqqının reallaşmasını diqqət mərkəzində qoyubdur.

O, vurğulayıb: Fələstin xalqı qayıdış haqqı xüsusiyyət təşkil etməklə öz qanuni hüququndan əsla vaz keçməyəcəkdir.

Həmas-ın baş üzvü sionist rejimlə əlaqələrini adiləşdirmiş bəzi ərəb başçılarına xitabən deyib: Siz öz nəhs hədəflərinizə çatmaq üçün yalnız bizim cəsədlərimiz üzərindən keçməlisiniz və Fələstində sionistlərə yer yoxdur.

Səud vəliəhdi Muhəmməd bin Salman son zamanlar Amerikada çıxan Atlantik jurnalı ilə müsahibədə iddia edibdir ki, sionistlərin öz ölkələrinə malik olmaq haqları vardır.

Belə bir halda, Həmas-ın siyasi bürosunun sədri İsmayıl Hənyənin ərəb başçılarından Fələstin və işğal olunmuş Qüds məsələsini ərəb başçılarının qarşıdakı sammitinin qərarlarının əsas mehvəri qərar vermələrini istəməsinə rəğmən, ərəb liqasının xarici işlər nazirləri özlərinin dünənki iclaslarında təkcə Trampın Qüdsə qarşı qərarını pisləyən bir bəyanatla kifayətləndilər.

Bu bəyanat elə bir halda yayıldı ki, başda Ərəbistan durmaqla ərəb liqasına üzv bəzi ölkələrin başçıları sionist rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinə məhəl qoymadan bu rejimlə saziş ardıncadırlar.

Apr 13, 2018 19:31 Asia/Baku
Şərhlər