Apr 15, 2018 17:56 Asia/Baku
  • Əsəd: ABŞ və müttəfiqlərinin Suriyaya hücumu aqressiv bir hərəkət idi
    Əsəd: ABŞ və müttəfiqlərinin Suriyaya hücumu aqressiv bir hərəkət idi

Suriya prezidenti bir daha ölkəsinin kimyəvi silah cəbbəxanasına malik olmadığını deyib.

Fars xəbər agentliyinin Livanın Əl-Məyadin informasiya kanalına istinadla verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd Dəməşqdə səfərdə olan Rusiya Dövlət Dumasının nümayəndə heyəti ilə görüşdə ABŞ, Britaniya və Fransanın Suriyaya olan hücumunu aqressiv davranış adlandırıb.

Əsəd deyib: Bu hücum Suriya xalqının terrorizm ilə mübarizədəki birlik və həmrəyliyinin daha da möhkəmlənməsinə səbəb olacaq.

Bu məlumata görə, Rusiya Dövlət Dumasının nümayəndə heyətinin üzvlərindən biri Əsəd ilə görüşdə deyib: Sriyanın hava hücumundan müdafiə qüvvələri ABŞ-ın Suriyaya olan hücumunda öz bacarığını nümayiş etdirərək, Suriya xalqını düşmənlərin hücumundan qorumağı bacarıb.

ABŞ, Britaniya və Fransa şənbə günü səhər saatlarında Suriyanın müxtəlif məntəqələrinə o cümlədən paytaxt Dəməşqə tərəf yüzdən çox raket atıblar. Suriyanın hava hücumundan müdafiə qüvvələri bu raketlərdən 71-ini vuraraq, məhv edib.

Teqlər

Şərhlər