• Şeyx İsa Qasımın mühasirəsi gücləndirilib
    Şeyx İsa Qasımın mühasirəsi gücləndirilib

Ali Xəlifə rejimi Bəhreyn şiələrinin nüfuzlu ruhanisi şeyx İsa Qasımın yaşadığı evi beton divarlar ilə mühasirəyə alıb.

İRİB-nin verdiyi məlumata görə, Ali-Xəlifə rejimi öz cinayətlərinin davamında şeyx  İsa Qasımın yaşadığı Diraz məntəqəsini beton bloklar ilə mühsirəyə alıb.

Şeyx İsa Qasım artıq 328 gündür ki, ev dustağıdır və 663 gündür ki, onun yaşadığı məntəqə təhlükəsizlik qüvvələrinin mühsirəsindədir. Həmçinin, 91 həftədir ki, Diraz məntəqəsində cümə namazının qılınmasına icazə verilmir.

Apr 15, 2018 21:33 Asia/Baku
Şərhlər