• Mişel Oun Suriyada beynəlxalq savaş haqda xəbərdarlıq edib
    Mişel Oun Suriyada beynəlxalq savaş haqda xəbərdarlıq edib

Livan prezidenti Mişel Oun ərəb liqasının iclasında Suriyada beynəlxalq savaşın baş verməsi təhlükəsinin artması barədə xəbərdarlıq edib.

Mişel Oun dünən ərəb liqasının Ərəbistanın Zəhran şəhərində keçirilən iclasında terrorizmin bir ölkədən başqa bir ölkəyə köçürülməsindən sonra regionda yaranmış səbatsızlığa toxunaraq, deyib: Yaxın Şərq ölkələrində beynəlxalq savaş daha vasitəçilik xarakteri daşımayacaq və bütün faktlar böhranın birbaşa qarşıdurmaya doğru hərəkət etməsindən xəbər verir ki, dağıntı və qırğından savayı bir nəticəsi yoxdur.

Livan prezidenti bu ölkənin imkanları xaricində olan suriyalı mühacirlərin həmin ölkədəki iştiraklarından irəli gələn problemlərə toxunaraq, əlavə edib: Livan Suriya ilə coğrafi qonşu olmasına görə, ən çox mühacir dalğası ilə üzləşib. Bu üzdən, suriyalı didərginlərin yaxın gələcəkdə öz ölkələrinə geri dönmələri məsələsinin izlənilməsi vacibdir.

Mişel Oun həmçinin sionist rejimin Livanın sərhəd zonasına mütəmadi təcavüzlərinin davam etməsinə toxunaraq, dünya ictimaiyyətindən bütün beynəlxalq qanunlar və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi ilə təzadda olan bu düşmənçilik hərəkətlərinə son qoymaq üçün qətiyyətli mövqe tutmasını istəyib.

Livan prezidenti Fələstinin durumunu da Yaxın Şərqdə sabitliyin olmamasının əsas dəlili adlandırıb və belə deyib: Fələstinlilərə qarşı hücumların və sionist rejimin ifratçılıqlarının davam etməsi elə bir haldadır ki, Fələstin məsələsinə ərəb dəstəyi azalıbdır.

Ərəb liqasının 29-cu sammiti dünən Ərəbistanın Zəhran şəhərində keçirilibdir.

Teqlər

Apr 16, 2018 11:33 Asia/Baku
Şərhlər