• Suriyada vəziyyət ABŞ-ın xeyrinə dəyişməyəcək
    Suriyada vəziyyət ABŞ-ın xeyrinə dəyişməyəcək

Livan Hizbullahının baş katibi deyib ki, sionist rejim Suriyada terrorizmlə mübarizə yolunda yeni problemlər yaradıbdır ki, Suriya hökumətilə həmkarlığımızı artırmalı və möhkəmləndirməliyik.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Boqa məntəqəsində deyib: Sionist rejim Suriyada terrorizmlə mübarizə yolunda yeni problemlər yaradıbdır ki, Suriya hökumətilə həmkarlığımızı artırmalı və möhkəmləndirməliyik.

Seyid Həsən Nəsrullah əlavə edib: Əgər bəziləri Suriyadakı durumun Amerikanın, sionist rejimin və ya regiondakı ölkələrin xeyrinə dəyişəcəyini zənn edirlərsə, bilsinlər ki, illüziyaya qapılıblar.

O, deyib: Amerikanın kimyəvi silahların qadağan edilməsi təşkilatı heyətinin bütün üvlərinin Dumaya gəlmələrindən öncə Suriyaya hücumu önləyici hərəkət olubdur.

Livan Hizbullahının baş katibi əlavə edib: Amerika və Fransa bilirdilər ki, Dumada kimyəvi silahın işlədilməsi tamaşadan başqa bir şey deyildi və buna görə, tələsik Suriyaya hücum etdilər.

Seyid Həsən Nəsrullah sonra deyib: Amerika-İngiltərə-Fransa üçlü koalisiyası Suriyaya hücumda yalnız üç-dörd hədəfə zərbə vura bildilər.

O, əlavə edib: Suriyanın hava hücumundan müdafiə qüvvələri düşmən raketlərilə yaxşı mübarizə apara bildilər.

Seyid Həsən Nəsrullah deyib: Suriyalı hərbçilər və zabitlər raket hücumları zamanı öz bazalarında qaldılar və bu, Suriya ordusunun düşmən ilə mübarizədəki yüksək əhval-ruhiyyəsi və iradəsindən xəbər verir.

Teqlər

Apr 16, 2018 13:56 Asia/Baku
Şərhlər