• Ərəb sammiti nəticəsiz bitdi
    Ərəb sammiti nəticəsiz bitdi

Ərəb başçılarının Ərəbistanın Zəhran şəhərində keçirilən 29-cu sammiti öz işini başa vurub. Bu iclasda Ərəbistanın sionist rejimlə əlaqələrin adiləşdirilməsi planı vurğulanıb. Verilən bəyanatda ABŞ-əFransa-İngiltərə üçlüyünün Suriyaya qarşı təcavüzünə heç bir reaksiya verilməyib, amma Ərəbistanın mütəmadi şəkildə Yəmənə təcavüz etməsi alqışlanıbdır.

Ərəb başçılarından altı nəfər, o sıradan Qətər əmiri, Mərakeş kralı və Əlcəzair prezidenti bu iclasda iştirak etmirdilər.

Yeddi mövzu, o cümlədən Fələstin məsələsi, Yəmən, Liviya, terrorizmlə mübarizə, ərəblər arasındakı ixtilaflar və İranın müdaxilələri adlandırılan məsələ bu iclasın iş gündəminə salınmış mühüm mövzulardan olubdur.

İclasın əvvəlində İordaniya iclasın sədrliyini Ərəbistana verdi. Belə bir halda, Ərəbistan öz regional baxış və siyasətlərini digər ölkələrə qəbul etdirir. Xüsusən Misir kimi bəzi ölkələrin regional rolu, onların zəiflikləri üzündən azalıbdır. Suriya kimi bəzi digər ölkələr də səhnədə deyillər.

Reportajın davamında deyilir: Ərəbistan kralı Salman bin Əbduləziz iclasın əvvəlində Yəməndən danışarkən İranın ərəb ölkələrinin daxili işlərinə qarışması adlandırılan məsələyə işarə edib. Ərəbistan və ona tabe olan ölkələr sammitin yekun bəyanatında bir bənd yerləşdiriblər. Bu bənd İranı pisləyərək, bu ölkəni regionun işlərinə qarışmaqda ittiham edibdir.

Reportajda sonra deyilir: Ərəbistan kralı elə bir halda Fələstin məsələsini ərəblər üçün ən mühüm məsələ adlandırıb və ABŞ prezidentinin Qüds barədəki qərarını pisləyibdir ki, onun oğlu, vəliəhd Muhəmməd bin Salman bir neçə gün bundan öncə qalmaqallı bir çıxışda sionistlərin öz ərazilərində yaşamaq haqqını və təbii əlaqələrin bərqərarı məqsədilə işğalçı rejimlə sülh razılaşmasına nail olmağın vacibliyini vurğulamışdı. Bundan əlavə, Ərəbistan ilk dəfə olaraq, öz hava məkanını işğal olunmuş Fələstin ərazilərinə doğru ticarət uçuşlarının üzünə açıbdır.

Reportajın davamında deyilir: Misir prezidenti Əbdulfəttah Əlsisi də bu iclasda terrorizm məsələsinə toxunub və təhlükəsiz sığınacaqların təmini və ya maliyyə himayəsi yolu ilə terrorizmi gücləndirən kəslərlə heç bir vəchlə uzlaşma imkanının verilməməsini vurğulayıb.

Apr 16, 2018 14:33 Asia/Baku
Şərhlər