• Dəməşq əhalisi Suriya dövlətinə dəstək aksiyası keçirib
    Dəməşq əhalisi Suriya dövlətinə dəstək aksiyası keçirib

Dəməşq əhalisindən minlərlə nəfər bu gün Suriya dövlətinə və müqavimət cəbhəsinə dəstək istiqamətində bu şəhərin baş meydanına toplaşıbdır.

Əllərində Suriyanın bayrağını dalğalandıran aksiyaçılar öz ölkələrinin hökuməti və ordusunu himayə edərək, ABŞ ilə müttəfiqlərinin şənbə günü Suriyaya qarşı həyata keçirdikləri raket hücumunu pisləyib və bu təcavüzün suriyalı rəsmilər tərəfindən izlənilməsini istəyiblər. Onlar beynəlxalq təşkilatlardan istəyiblər ki, bu təcavüzlər qarşısında susmasınlar. Aksiyaçılar habelə ABŞ, Fransa və İngiltərənin Suriyaya qarşı son təcavüzlərinə dağıdıcı cavab istəyiblər. Suriya xalqı həmçinin bu ölkədə terrorizmlə mübarizə aparan orduya və islami müqavimət cəbhəsinə təşəkkür edibdir. Dəməşq əhalisi ABŞ ilə müttəfiqlərinin şənbə günü həyata keçirdikləri raket hücumuna rəğmən, elə ilk gündən bu şəhərdə öz adi həyatını davam etdirir və şəhərin bazar və küçələri əhalinin müxtəlif məhəllələrdəki iştirakının şahididir.

Apr 16, 2018 14:41 Asia/Baku
Şərhlər