• Suriyaya qarşı hücumlar əleyhinə xalq etirazları
    Suriyaya qarşı hücumlar əleyhinə xalq etirazları

ABŞ, İngiltərə və Fransanın Suriyaya qarşı üçtərəfli hərbi hücumunun ardınca bir çox ölkələrin xalqları aksiyalar keçirərək, Suriya ilə həmrəylik elan edib və bu hərbi təcavüzü pisləyiblər.

Polis həbslərinə rəğmən, sülhsevərlərin və xalqların etiraz fəryadları göylərə ucalmaqda davam edir.

Kişi: Qərbin Suriyaya reaksiyası və bu ölkənin raket atəşinə tutulması insan haqlarının aşkar şəkildə pozulması deməkdir.

Fələstinlilər aksiya keçirərək, Suriya ilə həmrəylik elan etdilər və ABŞ-İngiltərə-Fransa üçtərəfli hərbi təcavüzünü pislədilər.

Kişi: Suriya müqavimətin möhkəm qalasıdır və təbiidir ki, Amerika imperializmi, sionistlər və ərəb mürtəceləri tərəfindən hədəfə məruz qalacaq.

Kişi: Biz Amerikanın Yaxın Şərq ölkələrinə qarşı hücumlarından yorulmuşuq. Biz Dəməşqdə adi camaatı bombaladıq. İraqa yalan əsasında hücum və Liviyanı məhv etdik. Amerikanın öz xalqı üçün iş görməsinin vaxtı gəlib çatıbdır.

Amerikanın Berlindəki səfirliyinin qarşısı, etirazçıların ABŞ-İngiltərə-Fransa zalımcasına təcavüzünə hücumu.

Kişi: Suriyaya qarşı militarizm bütün bəşəriyyətə qarşı bir növ savaş idi. Əlbəttə, hücumçular üçün heç bir nailiyyət gətirmədi.

Yəmən xalqı da Suriyaya qarşı təcavüzü rədd edib, pisləyərək, Suriya əleyhinə hücumu terrorçuların Şərqi Qutə və Rife Dəməşqdə Suriya ordusu qarşısındakı məğlubiyyətlərinin nəticəsi adlandırıb.

Pakistanın Ravilpindi şəhərinin əhalisi də Suriyaya qarşı ABŞ-İngiltərə-Fransa zalımcasına təcavüzünü pisləyibdir.

Kişi: Bütün dünya Amerikanın hərbi hərəkətinə etiraz edir. Çünki terrorçular Suriyada məğlub olarkən Amerika Suriyaya hücum etdi.

Və illər boyu terrorizmin qurbanı olan iraqlılar əllərində Suriya bayrağını dalğalandıraraq, bu ölkənin dövləti və xalqı ilə öz həmrəyliklərini elan etdilər.

Kişi: Suriyaya qarşı namərdcəsinə hücumlarla sevinməsinlər. Allahın köməyi və islami müqavimətə etimadla regionu tezliklə düşmənlərdən təmizləyəcəyik.

Bu etiraz aksiyasının iştirakçıları bildiriblər ki, Fələstin xalqı hər bir qrup və hərəkatdan olursa-olsun, Suriyaya qarşı təcavüzün hədəflərindən xəbərdardır. Və Tehrandan Qəzzəyədək uzanan müqavimət mehvərinin bir üzvü kimi bu ölkəni himayə edir.

Apr 16, 2018 17:38 Asia/Baku
Şərhlər