Apr 30, 2018 11:05 Asia/Baku
  • Suriya ordusunun bazalarına qarşı raket hücumları ABŞ və İngiltərə bazalarından həyata keçirilib
    Suriya ordusunun bazalarına qarşı raket hücumları ABŞ və İngiltərə bazalarından həyata keçirilib

Suriyanın Teşrin qəzeti yazıb ki, dünən axşam Suriyanın Həmah və Hələb məntəqələrinin ətrafına qarşı raket hücumları İordaniya ərazisində yerləşən ABŞ və İngiltərə bazalarından doqquz ədəd raketlə həyata keçirilibdir.

İraq və Suriyada böhranların yaradılmasında böyük rol oynayan İordaniya regiondakı terrorçuların əsas himayədarlarından biri kimi elə bir halda həmişə özünü regional olaylarda bitərəf göstərməyə çalışıbdır ki, əslində Qərbin, Amerikanın və onların regional müttəfiqlərinin siyasətlərinin icraçısı olubdur.

Bəzi ərəb ölkələrinin casusluq xidmətlərinin Suriya hökumətinə qarşı fəaliyyət göstərərək, terrorçuların istiqamətləndiricisi olmuş "MOK" adlı müştərək əməliyyat otağı bu müddəaya bir faktdır.

İordaniya ərazisində yerləşən ABŞ və İngiltərə bazaları bazar ertəsi günü səhər tezdən Həmah və Hələb vilayətlərində Suriya ordusunun bəzi hərbi mövqelərini bir neçə ədəd raketlə hədəfə alıblar.

Media məlumatlarına görə, bu hücumlarda qırx nəfər ölüb, altmış nəfər də yaralanıbdır.

Belə bir halda, Skay-Nyus telekanalı da Həmah ətrafında Suriya ordusunun tabeliyində olan bir sursat anbarındakı partlayışa toxunaraq, yazıb ki, Həmahda ordunun 47-ci diviziyasının bazası raket hücumu hədəfinə çevrilibdir.

Yerli mənbələr də bildiriblər ki, Həmahın qərbində yerləşən Səlhəb şəhərinin ətrafındakı suriyalı qüvvələrin sursat anbarında güclü partlayışlar baş veribdir.

Eyni zamanda Əlməyadin telekanalı da xəbər veribdir ki, Hələb hava limanının şimalındakı Əlmalikiyyə məntəqəsinə bir neçə raket düşübdür.

Teqlər

Şərhlər