May 08, 2018 10:16 Asia/Baku
  • Nəsrullah: Parlament seçkiləri Livan üçün böyük nailiyyətdir
    Nəsrullah: Parlament seçkiləri Livan üçün böyük nailiyyətdir

Livan Hizbullahının baş katibi bu ölkədə parlament seçkilərindən bir gün sonra etdiyi çıxışında bu seçkiləri Livan üçün böyük milli nailiyyət adlandırıb.

Seyid Həsən Nəsrullah Livan parlament seçkilərinin nəticələri barədə deyib: Bir gün ərzində seçkilərin keçirilməsi Livan, ordu və təhlükəsizlik qüvvələri üçün böyük qələbə idi və sübut etdi ki, ölkədə təhlükəsizlik durumu bəzilərin dediklərinin əksinə olaraq əladır. 

Livan Hizbullahının baş katibi müqavimət tərəfdarlarının seçkilərdə yüksək səviyyədə iştirakına toxunaraq deyib: Müqavimətə qarşı hücumlar və dezinformasiyalar vətəndaşların seçkilərdə geniş iştirakı ilə tam əks nəticə verdi və müqavimətin imicini itirmiş olduğunu deyənlərə seçkilərin nəticələri əlverişli cavab oldu. 

Həsən Nəsrullah müqavimət və onun müttəfiqlərinin nümayəndələrinin parlamentdə fəaliyyətinin səsləndirilən platformalarının icrasına kömək edəcəyini bildirərək deyib: Bu, müqavimətin seçki kompaniyasında səsləndirdiyi proqramların reallaşması baxımından böyük qələbədir. 

Nəsrullah deyib: Parlament seçkilərinin keçirilməsindən sonra cəmiyyətdə sakitlik davam etməlidir ona görə ki, prezidentin seçilməsi və hökumətin təşkil olunması kimi önəmli mövzular qarşıdadır. 

Livanda parlament seçkiləri 6 mayda keçirildi.

Nəticələrə görə müqavimət namizədləri 128 yerdən  67-nı qazanıblar.

Teqlər

Şərhlər