May 08, 2018 20:27 Asia/Baku
  • Livan parlament seçkilərində müqavimətin qələbəsi
    Livan parlament seçkilərində müqavimətin qələbəsi

Livanda keçirilən parlament seçkilərində müqavimətin qələbə çalması bu ölkədə böyük ümidlər yaratmışdır. Livanlılar müqavimətin varlığı ilə fəxr edirlər.

Müqavimət cərəyanı Livanın qoruyucusudur. Hər bir din və ya etnoslar arasında bu cərəyan sevilməkdədir.

Livanlı xanım deyib: Bu seçkilər çox önəmlidir. Müqaviməti və Livanı qorumaq üçün iştirak edirik.

Başqa bir livanlı deyib: Bu seçkilər müsəlman və xristianların bir-birinin kənarında müqavimət yolunda qələbəsidir.

Müxtəlif cərəyanlar Livanın izzəti üçün müqavimətin qruplar arasında yaratdığı birliyi etiraf edirlər.

Livanlı politoloq deyib: Bu, vətəndaşların yeni seçimidir. Müqavimət Livanı qoruyacağını praktiki olaraq sübut etmişdir və xalq bu nəticəyə çatmışdır.

Başqa bir politoloq deyib: Seçkilərin nəticələri özündə bir çox mesajlara yer verir. Müqavimət Livanın kəramətinin qoruyucusu və hazırda müxtəlif siyasi qrupların birliyinin amilidir.

Ötən gecə Livanın daxili işlər naziri qeyri-rəsmi yekun nəticələri seçilən 128 namizədin adını söyləməklə elan etdi. Onun sözlərinə görə, bu nəticələrin qeyri-rəsmi olmasının səbəbi şikayətlərin araşdırılması üçün 1 aylıq möhlətdir.

Livanın daxili işlər naziri deyib: Biz yeni siyasi mərhələyə daxil olmuşuq. Mən seçilən namizədləri təbrik edirəm. Fəxr edirəm ki, seçkilər şəffaf və dinc şəkildə keçirildi.

Bu seçkilərin nəticələri xalqın etimadı və müqavimət yolunan inamın nişanəsidir.

Livan Hizbullahının baş katibi bildirib: Yeni məclis təşkil olundu. Müqavimətlə eyni istiqamətdə olan qruplar bu parlamentdə böyük qüdrətdir. Xalq, ordu və müqavimət qızıl üçlüyünü qoruyur.

Livanda növbəti hökumətin təşkili istiqamətində bu seçkilərin ən böyük nəticəsi siyasi stabillik, ölkədə güclü birliyin yaradılmasıdır.

Sionist rejim və təkfirçilərin təhdidləri qarşısında dayanmaq və Livanın kəramətinin qorunması Müqaviməti bütün etnoslar və dinlərin qoruyucusuna çevirmişdir.

 

Teqlər

Şərhlər