• Müqavimət Alimləri Birliyinin iclası - Beyrut
    Müqavimət Alimləri Birliyinin iclası - Beyrut

Beyrutda keçirilən Müqavimət Alimləri Birliyinin iclası öz yekun bəyanatında İslam Dünyasındakı bütün müharibələr və böhranlara görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

Ümumdünya Müqavimət Alimləri Birliyinin iclası. 10 islam və ərəb ölkəsindən gəlmiş 40 alim və siyasətçi Fələstinin işğal edilməsi və qanunsuz İsrail rejiminin təsis edilməsinin ildönümü günündə  Livanın paytaxtı Beyrut şəhərində bir araya gəlib.

İclasda yeganə mübarizə yolunun müqavimət olduğuna təkid edilib: “Ötən 70 ildə Fələstin xalqı müqavimətdən kənar hansısa uğur əldə etməyib. Müqavimət Livan, Qəzzə, İraq və Suriyada misilsiz qələbələrə imza atıb.”

Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasım da bu iclasda çıxış edərək deyib: “Amerika zülm, zorakılıq və hegemonçuluğun qaynağıdır. Amerika sionistlərin fələstinlilərə qarşı cinayətlərini və Fələstinin işğal edilməsini qanuni hesab edir.”

İclasın digər iştirakçıları da Fələstin mövzsunu İslam Dünyasının vahid və dəyişilməz məsələsi olduğunu vurğulayıblar: “Fələstini məsələsi İslam Dünyasını sionist düşmən qarşısında birləşdirən amildir. Fələstinli didərginlərin öz torpaqlarına qayıdış haqqı danılmaz bir haqdır.”

İclas iştirakçıları həmçinin, Suriyada müqavimətin terrorçular üzərində qələbə çalmasının düşmənin Yaxın Şərqlə bağlı bütün planlarını alt-üst etdiyini deyiblər: “Suriyada gedən savaş əslində Fələstin uğrunda gedən savaşın bir parçasıdır. Və müqavimətin Suriyadakı qələbələri Fələstinin azadlığı yolundakı qələbələrdir.”

İslam Dünyası və İslam Ümmətinin ABŞ səfirliyinin Qüdsə köçürülməsi qarşısında öz ayıqlığını qoruması və ona qarşı mübarizə aparmasının bir zərurət olduğuna təkidin edilməsi Beyrut iclasının ən önəmli müraciətlərindən biri olub. İclasda həmçinin, Yaxın Şərqdəki bütün savaş və qırğınlara görə ABŞ-ın məsuliyyət daşıdığı bildirilib.   

 

May 15, 2018 20:16 Asia/Baku
Şərhlər