• ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etirazlar davam edir
    ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etirazlar davam edir

ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinin ikinci günündə də fələstinlilər aksiyalar keçirərək, bu qeyri-qanuni hərəkətə öz etirazlarını bildiriblər.

Fələstinlilər ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinin ikinci günündə də etiraz aksiyalarını davam etdiriblər. Qəzzə ilə yanaşı İordan çayının qərb sahilində də fələstinlilər, ABŞ prezidentinin qərarı ilə baş tutan və ikinci bir “Fəlakət Günü”nün yaşanmasına habelə, Fələstin xalqına qarşı cinayətlərini davam etdirməsində İsrailin daha da həyasızlaşmasına səbəb olan bu hadisəyə qarşı öz etirazlarını ən qatı formada nümayiş etdirməyə çalışıblar.

Aksiya iştirakçılarından biri deyir: “Bu torpaqlar bizimdir. Heç bir səfirlik və ya Trampın hansısa qərarı bizi bu haqdan məhrum edə bilməz. Necə ki, ötən 100 ildə Balfor bəyannaməsi bu haqqı bizdən ala bilməyib. Fələstin xalqının kökləri bu torpaqlardadır və heç vaxt öz haqqını əldə etmək üçün mübarizədən əl çəkməyəcək.”

Bu gün də yoxlama-buraxılış məntəqələri və işğal edilmiş ərazilər ilə sərhəd məntəqələrdə fələstinlilər ilə İsrail hərbçiləri arasında toqquşmalar baş verib. İşğalçı rejimin hərbçiləri gözyaşardıcı qazlar və döyüş güllələrindən istifadə edərək, fələstinli aksiya iştirakçılarını dağılışmağa məcbur etməyə çalışıblar. Nəticədə onlarla fələstinli yaralanıb. Buna baxmayaraq, aksiya iştirakçıları geri çəkilməyərək, öz mübarizələrini davam etdiriblər.

Aksiya iştirakçılarından biri deyir: “Amerika və İsrail tərəfindən fələstinlilərə qarşı iri miqyaslı düşmənçilik və repressiyalar davam edir. Bununla paralel olaraq, qanunsuz yaşayış massivlərinin salınması ilə Qüdsün yəhudiləşdirilməsinə də çalışırlar.”

Bir başqa fələstinli isə deyir: “ABŞ səfirliyinin Qüdsə köçürülməsi Fələstin xalqının hüquqlarına aşkar təcavüz sayılır.”

 

May 15, 2018 21:57 Asia/Baku
Şərhlər