• Tehran, Moskva və Ankara Suriyanın müsəqilliyinin qorunmasına təkid ediblər
    Tehran, Moskva və Ankara Suriyanın müsəqilliyinin qorunmasına təkid ediblər

Astana anlaşmasına zəmanət verən ölkələr olaraq İran, Rusiya və Türkiyə birgə bəyanat yayaraq, Suriyanın müstəqilliyi və ərazi bütövlüyünə təkid ediblər.

İRNA-nın məlumatına görə, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən 9-cu beynəlxalq Suriya sülh iclasının yekun bəyanatında Suriyanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına təkid edilib. Bu bəyanatda həmçinin, Astana müzakirələrində əldə olunmuş anlaşmaları pozacaq və ya Suriyanın müstəqiliyi və birliyi əleyhinə yönəlmiş hərəkətlərdən çəkinməyə təkid edilir.

İran, Rusiya və Türkiyənin birgə bəyanatında həmçinin deyilir: Astana anlaşmasına zəmanət verən ölkələr BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı 2254 saylı qətnaməsi əsasında Suriyada siyasi proseslərin davam etdirilməsi məqsədi ilə Soçi Suriya Milli Dialoq Konfransının tövsiyələrini həyata keçirməyə öz hazırlıqlarını elan edirlər.

Suriyada atəşkəsə riayətin edilməsinə zəmanət verən ölkələr Astana iclasının  yekun bəyanatında 4 may 2017-ci il tarixində Suriyada Təhlükəsiz Zonaların yaradılması ilə bağlı anlaşmanın icrasına təkid ediblər.

Bu üç ölkə növbəti iclasın 2018-ci ilin iyununda Ankarada keçirilməsi barədə razılığa gəliblər.

Teqlər

May 16, 2018 11:10 Asia/Baku
Şərhlər