• Yəmənlilər Fələstin xalqına dəstək yürüşü təşkil ediblər
    Yəmənlilər Fələstin xalqına dəstək yürüşü təşkil ediblər

Yəmən xalqı zülmə məruz qalan Fələstin xalqı ilə öz həmrəyliyini elan habelə, ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə etiraz etmək məqsədilə paytaxt Sənada geniş aksiya keçirib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, çərşənbə axşamı Sənanın "Yəmənin Qapısı" adlı meydanında keçirilən bu aksiyada yəmənlilər əllərində Fələstin bayrağı daşıyaraq, Amerikaya ölüm, İsrailə ölüm, Yaşasın Qüds şüarları verib, İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərini və işğalçılığını qınayıblar.

Aksiya iştirakçıları həmçinin deyiblər: Yəmən xalqı Fələstin xalqının kənarındadır və Ərəbistanın başçılıq etdiyi koalisiyanın bu ölkəyə qarşı törətdiyi cinayətlərə baxmayaraq, yəmənlilər heç vaxt Fələstin məsələsini unutmayacaqlar.

May 16, 2018 18:05 Asia/Baku
Şərhlər