• Yəməndə savaş
    Yəməndə savaş

Yəmənli qüvvələr Ləhəc vilayətində yerləşən və Ərəbistan muzdlularının ixtiyarında olan Əl-Ənd hərbi bazasını bir ədəd "Bədr1" ballistik raketi ilə hədəfə alıb.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Yəmənin cənubunda yerləşən Əl-Ənd bazası Ərəbistan muzdlularının mühüm hərbi bazalarından sayılır. 

Yəmən ordusu və xalq qüvvələrinin hava hücumundan müdafiə qüvvələri də Ərəbistanın bir ədəd pilotsuz uçan aparatını Sədə vilayətinin qərbində, Mənbə sərhəd qəsəbəsinin yaxınlığında vuraraq, yerə salıblar. 

Ərəbistan mənbələri isə Yəmən ilə sərhəd məntəqədə üç hərbçisinin öldürülməsindən xəbər verib. 

Ərəbistanın hərbi qayıqları isə Əl-Hədidə vilayətində  yerləşən Əl-Ərc məntəqəsində yəmənlilərin əkin ərazilərini 6 ədəd raket ilə hədəfə alıb. 

Ərəbistan 2015-ci ilin martından ABŞ-ın yaşıl işığı ilə Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. İndiyə kimi bu hücumlarda on minlərlə insan ölüb və yaralanıb. Milyonlarla nəfər isə didərgin düşüb. 

May 17, 2018 11:50 Asia/Baku
Şərhlər