• İsrail qırıcıları Qəzzəni hədəfə aldı
    İsrail qırıcıları Qəzzəni hədəfə aldı

İsrail qırıcıları cümə axşamı günün ilk saatlarında Qəzzə zolağının şimalı və qərbini bir neçə dəfə bombalayıblar.

Fələstin mənbələrinin verdikləri məlumatlara görə, İsrail qırıcıları Fələstinin müqavimət qüvvələrinin mövqelərini hədəfə alıbalr. 

Hələ ki, bu hücumun insan tələfatı və xəsarətləri barədə məlumat yayılmayıb. 

İsrail rejimi ötən ilin dekabrından başlayaraq, Qəzzəyə qarşı hava hücumlarını öz gündəminə daxil edib. 

İsrailin Qəzzəyə olan hücumlarında indiyə kimi minlərlə nəfər şəhid olub və yaralanıb. 

Teqlər

May 17, 2018 12:10 Asia/Baku
Şərhlər