• Daha bir fələstinli şəhid oldu
    Daha bir fələstinli şəhid oldu

İsrail hərbçiləri İordan çayının qərb sahilində, Əl-Xəlildə daha bir fələstinlini şəhid ediblər.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçilərinin Əl-Xəlildə yerləşən Səir qəsəbəsinə basqın etməsi və insanlara tərəf döyüş güllələrindən atəş açması nəticəsində İdris Cəbbarin adlı 58 yaşlı fələstinli həyatını itirib. 

İsrail hərbçiləri həmçinin, bu gün səhər Nablos, Selfit, Qüds və Beytləhm şəhərlərinə basqın edərək, 10 fələstinlini həbs ediblər. 

Sionist işğalçılar bu hücum zamanı Fələstinin Qanunvericilik Məclisinin üzvü və Həmas rəsmilərindən olan Xalid Əl-Bətşin mənzilinə də soxularaq, evdəki əşyaları sındırıb, yararsız hala salıblar. 

Ötən bazar ertəsi günü ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bir vaxtda İsrail hərbçiləri fələstinli aksiya iştirakçılarına hücum etmişdilər. Bu hücum zamanı 60 fələstinli şəhid edilmiş, 2 mindən çox insan yaralanmışdı. 

May 17, 2018 12:40 Asia/Baku
Şərhlər