• Əsəd Soçidə Putinlə məşvərət edib
    Əsəd Soçidə Putinlə məşvərət edib

Rusiya prezidenti Vladimir Putin bu ölkənin Soçi şəhərində öz suriyalı həmkarı Bəşşar Əsəd ilə son Suriya olayları barədə fikir mübadiləsi aparıb.

Dünən axşam keçirilmiş bu görüşdə iki tərəf Suriyadakı terror qruplarının məğlubiyyətindən sonra bu ölkədə sabitliyin möhkəmləndirilməsi yolları barədə fikir mübadiləsi aparıb.

Kremlin bəyanatına əsasən, Əsəd bu görüşdə Putinə belə deyib: Suriyada vəziyyət daha da sabitləşib və rəsmi Dəməşq Cenevrə müzakirələrinin müddəalarına uyğun olaraq, əsas qanunun işlənib hazırlanması komitəsinin təşkilində iştirak üçün bu iclasa nümayəndələr göndərmək niyyətindədir.

Vladimir Putin və Bəşşar Əsəd bu görüşdə həmçinin Suriyada siyasi prosesin təkmilləşdirilməsi üçün daha artıq addımların atılması vacibliyini vurğulayıblar.

Teqlər

May 18, 2018 11:07 Asia/Baku
Şərhlər