• Kərkükün cənub-qərbində 12 İŞİD üzvü məhv edilib
    Kərkükün cənub-qərbində 12 İŞİD üzvü məhv edilib

İraqın təhlükəsizlik mənbələri təkfirçi İŞİD qrupunun bu ölkənin Kərkük şəhərindəki başçılarından biri daxil olmaqla on iki üzvünün məhv edilməsindən xəbər veriblər.

İraqın Kərkük vilayətindəki bir təhlükəsizlik mənbəyi bildiribdir ki, İraq qırıcıları terrorçuların bu vilayətin cənub-qərbində yerləşən Əlrəşad məntəqəsindəki mövqelərinə hücum ediblər. Bu əməliyyat zamanı terrorçuların bir qrupu həbs edilib.

Digər bir xəbərə görə, İraq ali seçki komissarlığının seçki idarəsinin müdiri Riyaz Əlbədran komissarlıq işçilərinin siyasi bir qrupun tabeliyində olan şəxslər tərəfindən hədələnmələrinə işarə edərək, deyibdir ki, Kərkükün 168 seçki şöbəsinin qutularındakı vərəqələr hələ sayılmayıbdır.

Əlbədran İraqın baş naziri Heydər Əlibadidən bu böhranın təcili həlli üçün addımlar atmasını istəyib.

Teqlər

May 18, 2018 13:16 Asia/Baku
Şərhlər