May 25, 2018 09:56 Asia/Baku
  • İsrail hərbçiləri daha iki fələstinlini şəhid ediblər
    İsrail hərbçiləri daha iki fələstinlini şəhid ediblər

Qəzz sərhədlərində keçirilən böyük Qayıdış Haqqı yürüşlərində İsrail hərbçilərinin atəş açması nəticəsində yaralanan fələstinlilərdən ikisi yaralarının ağırlığı üzündən şəhid olub.

Fələstinin Məa informasiya agentliyinin verdiyi məlumata görə, 23 yaşlı Əhməd Əli Qətuş və 21 yaşlı Məhəmməd Bəkir əbu Tahun cümə axşamı yaralarının ağırlığı üzündən şəhid olublar. 

Qayıdış Haqqı yürüşlərində İsrail hərbçilərinin atəş açması nəticəsində yaralanan fələstinlilərdən 50-sinin səhhəti ağır olaraq qalmaqdadır. 

Qəzzə sakinləri 30 mart "Torpaq Günü" ilə bir vaxtda işğal edilmiş ərazilər ilə sərhəd məntəqədə "Qayıdış Haqqı" adlı yürüşlər təşkil ediblər. İndiyə kimi bu yürüşlərdə 120 fələstinli İsrail hərbçiləri tərəfindən şəhid edilib, minlərlə nəfər isə yaralanıb. 

Teqlər

Şərhlər