• HRW: Sionist rejim Qəzzə zolağında hərbi cinayət törədib

Human Rights Watch təşkilatı bir hesabatda bildirib ki, sionist rejim hərbçilərinin Fələstin xalqının yatırdılmasında intensiv şəkildə zorakılıqdan istifadə etmələri hərbi cinayətdir.

Human Rights Watch təşkilatı dünən öz hesabatında qeyd edibdir ki, sionist rejim bu rejim hərbçilərinin həyatına qarşı təhdidlərin mövcud olmasını bəhanə gətirib, öldürücü vasitələrdən və gücdən istifadə edərək, indiyədək çoxlu sayda fələstinlinin həyatını itirməsinə və yaralanmasına bais olubdur.

Bu insan haqları təşkilatı vurğulayıb ki, dünya ictimaiyyəti sionist rejimin hesabatlar təqdim edərək, öz hərbçilərinin hərəkətlərini əsaslandırmağa çalışdığı, digər tərəfdən, Amerikanın vetodan istifadə edərək, sionist rejimin cəzalandırılması imkanını aradan götürdüyü bu vəziyyətə son qoymalıdır.

Teqlər

Jun 14, 2018 08:57 Asia/Baku
Şərhlər