• Həmas-ın Fələstin muxtariyyətinin qərarına reaksiyası

Həmas təşkilatı bildiribdir ki, Fələstin muxtariyyətinin qərb sahilində aksiyaların qadağan olunması barədəki qərarı Fələstin xalqının milli məsələlərin bəyanı üzrə haqqından məhrum edilməsi, azadlıqların aradan götürülməsi və repressiya siyasətinin davam etməsi deməkdir.

Həmas-ın sozçüsü Hazim Qasim çərşənbə günü vurğulayıb: Fələstin muxtariyyətinin qərarı Fələstin xalqına qarşı cinayətkarcasına cəzalar əleyhinə hər cür etiraz səsini batırmaq üzrə cəhddən xəbər verir və göstərir ki, bu muxtariyyət Qəzzə sakinlərinə qarşı cəza tədbirlərini davam etdirməkdədir.

Mahmud Abbasın Qəzzə zolağına qarşı cəza tədbirlərinin tətbiq edilməsi zamanından bəri bu tədbirlərə qarşı keçirilən ən böyük aksiya olmuş Ramullah və işğal olunmuş Qüdsdəki aksiyalar həmin cəza tədbirlərinin ləğv olunması və Qəzzə zolağının çətin vəziyyətinin yaxşılaşdırılması məqsədilə Fələstin muxtariyyətinə qarşı təzyiqin tətbiq edilməsi vacibliyinə təkid edir.

Jun 14, 2018 12:28 Asia/Baku
Şərhlər