• Ramallahdan Qəzzəyə dəstək
    Ramallahdan Qəzzəyə dəstək

Fələstin Özünüidarə Hökumətinin İsrailin yanında yer alması və Qəzzə sakinlərinə qarşı sanksiyalar tətbiq etməsi fələstinliləri xeyli qəzəbləndirib. Artıq bir neçə gündür ki, Ramallahda küçələrə axışan insanlar bu rüsvayçı hərəkətin dərhal durdurulmasını tələb edir.

 

Ramallah iftardan sonra etiraz aksiyasının şahidi idi. Xalq Qəzzəyə qarşı mühasirənin ləğv edilməsi tələbi ilə güçələrə axışmışdı. Fələstinlilər Qəzzənin mühasirəsində Fələstin Özünüidarə Hökumətini İsrailin şəriki hesab edirlər. Fələstiin Özünüidarə Hökumətinin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə gərgin anlar yaşanıb.

Aksiya iştirakçılarından biri deyir: “Buradan, Ramallahın mərkəzindən fəryad edərək, bildiririk ki, Fələstin övladlarını himayə etmək lazımdır. Bu xalq öz qanı ilə fədakarlıq edir. Fələstin Özünüidarə Hökumətinin bu biabırçılığa dərhal son verməsini əks təqdirdə, rədd olub getməsini tələb edirik.”

Bu insanlar Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbasdan Qəzzənin mühasirəsinə son qoymasını tələb etmək üçün buraya toplaşıb. Amma, Fələstin Özünüidarə Hökumətinin təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qarşı güc və şiddət tətbiq ediblər. Həmçinin, onlarla fələstinli də həbs olunub. Təhlükəsizlik qüvvələri fələstinlilərin etiraz aksiyasını önləmək üçün Ramallahı qapalı hərbi zonaya çeviriblər. Məqsəd Qəzzənin mühasirəsinə son qoyulması tələbinin irəli sürülməsinə mane olmaqdır.

Aksiya iştirakçılarından biri deyir: “Qəzzə bizimdir və bu gün Qəzzədə fələstinlilər ölümə tərk ediliblər. Biz Qəzzə sakinlərini dəstəkləyirik. Biz və Qəzzə sakinləri bir millətik. Qəzzəyə qarşı sanksiyalar durdurulmalı və mühasirə ləğv edilməlidir.”

Ramallah sakinlərini Qəzzəni müdafiə etmək üçün küçələrə axışıb. Amma, İsrailiyi deyil, Qəzzəni düşmən bilən Fələstin Özünüidarə Hökuməti bu etiraz aksiyalarını var gücü ilə yatırtmağa çalışır.  

 

Jun 14, 2018 16:23 Asia/Baku
Şərhlər