Qəzzə zolağı sərhədində keçirilən "Qayıdış haqqı" aksiyasında yaralanmış daha bir fələstinli şəhid olub.

Bir neçə həftə bundan öncə Qəzzə zolağının cənubunda yerləşən Xan Yunusda keçirilən "Qayıdış haqqı" aksiyasında yaralanmış 22 yaşlı fələstinli gənc Əhməd Zeyd Tofiq Əlasi bu gün şəhid olubdur.

"Qayıdış haqqı" aksiyalarında sionist rejimin qaz bombalarından biri Əhmədin başına dəyib və bu da onun yaralanmasına gətirib çıxarıbdır.

Minlərlə fələstinli martın 30-dan, yəni "Yer günü"nün 42-ci ildönümündən bəri hər cümə günü "Qayıdış haqqı" aksiyasında iştirak edib. Bu aksiyada 130-dan çox fələstinli şəhid olub, azı 14 min nəfər də yaralanıbdır.

Teqlər

Jun 14, 2018 18:10 Asia/Baku
Şərhlər