Jun 18, 2018 21:29 Asia/Baku
  • Səud qırıcılarının Əlhudəydəyə qarşı hücumları davam edir
    Səud qırıcılarının Əlhudəydəyə qarşı hücumları davam edir

Səud rejiminin qırıcıları bu gün altı dəfə Yəmənin Əlhudəydə şəhərinin Əldərihmi məntəqəsini hədəfə alıblar.

Səud rejiminin müdafiəsiz və günahsız Yəmən xalqına qarşı cinayətləri elə bir halda davam edir ki, yəmənli qüvvələr son günlər onların strateji Əlhudəydə limanına yiyələnmələrinə mane olublar.

Bəzi mənbələr təcavüzkarların bir ədəd hərbi gəmisinin Yəmənə qarşı hücumunda səudiyyə, əmirliklər, sionist rejim və Amerika əsgərlərindən yüz nəfərin öldürülməsindən xəbər veriblər. Səud koalisiyası bu koalisiyaya üzv ölkələrin xalqlarının ümumi fikrinin reaksiyasından qorxduğu üçün xəbərləri senzura edir.

12 amerikan, 8 sionist, 50 əmirliklər və 30 səud əsgəri Hudəydədəki hərbi gəmidə məhv edilibdir.

Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi dünən səhər tezdən yəmənli qüvvələrin Əlhudəydə sahillərində təcavüzkarların bir ədəd hərbi gəmisini ələ keçirdiklərindən xəbər verdi və bildirdi ki, bu sahil zolağı təcavüzkarların qəbiristanlığına çevriləcəkdir.

Təcavüzkar səud koalisiyası Əlhudəydə limanını işğal etmək üçün iyunun 13-dən geniş hücumlara başlayıbdır.

Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üçün ən əsas yoldur.

 

Teqlər

Şərhlər