Jul 04, 2018 11:42 Asia/Baku
  • YUNİSEF Yəməndə uşaqların qırğın edilməsini qınadı
    YUNİSEF Yəməndə uşaqların qırğın edilməsini qınadı

BMT-nin uşaqları müdafiə fondu YUNİSEF bir daha Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməndə uşaqları qırğın etməsini qınayıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, YUNİSEF şənbə günü bildirib: Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə olan hücumları nəticəsində indiyə kimi 2200 uşaq həlak olub, çoxlu sayda uşaq isə acşıq və ya xəstəlik üzündən ölümün pəncəsindədir. 

Bu məlumata görə, Yəmən müharibəsi 3400 uşağın da yaralanmasına səbəb olub. 

YUNİSEF-in icraçı müdiri Henrita Fur deyib: Yəməndə sürən amansız savaş onsus da uçurumun kənarında olan bu yoxsul ölkəni humanitar facirəyə sürükləyib. 

Henrita Furun dediyinə görə, Yəməndə təhsil və səhiyyə sistemi tamamilə çöküb. 

Ərəbistan ABŞ, BƏƏ və İsrail rejiminin himayəsi altında 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hücumları indiyə kimi 14 mindən çox insanın ölməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla insanın didərgin düşməsinə səbəb olub. 

Teqlər

Şərhlər